Kurs haqqında
Bu təlim kursu iştirakçılara ISO 22301 standartına əsaslanan Biznes Davamlılığının İdarəetmə Sistemi (BCMS) üzrə fundamental anlayış və prinsipləri başa düşməyə kömək etmək məqsədilə hazırlanmışdır. Təlimdə iştirak etməklə iştirakçılar standartın strukturu və tələbləri, o cümlədən BCMS siyasəti, ali rəhbərliyin öhdəliyi, daxili audit, rəhbərlik tərəfindən baxış və davamlı təkmilləşdirmə prosesi haqqında daha ətraflı məlumat əldə edəcəklər.
Kurs Gündəmi
Day 1: Biznes Davamlılığının İdarəetmə Sisteminə (BCMS) və ISO 22301 standartına giriş
Day 2: Biznes Davamlılığının İdarəetmə Sistemi (BCMS) və sertifikat imtahanı
Müayinə
“PECB Certificate Holder in ISO 22301 Foundation” imtahanı PECB Examination and Certification Program (ECP) tələblərinə uyğundur. İmtahan aşağıdakı kompetensiya sahələrini əhatə edir:
Domain 1: Biznes Davamlılığının İdarəetmə Sisteminin (BCMS) fundamental prinsipləri və anlayışları
Domain 2: ISO 22301 standartına uyğun Biznes Davamlılığının İdarəetmə Sistemi (BCMS) tələbləri
İmtahan növü, mövcud dillər və digər detallı məlumatlar üçün PECB Exams siyahısı və Examination Rules and Policies sənədlərinə baxa bilərsiniz.
Sertifikatlaşdırma
İmtahandan uğurla keçdikdən sonra “PECB Certificate Holder in ISO 22301 Foundation” sertifikatı üçün müraciət edə bilərsiniz. Daha ətraflı məlumat üçün Certification Rules and Policies sənədinə baxa bilərsiniz.
ISO 22301 Foundation sertifikatı üçün tələblər aşağıdakılardır:
Designation | Training Course | Exam | Professional experience | MS audit/assessment experience | BCMS project experience | Other requirements |
PECB Certificate Holder in ISO 22301 Foundation | Complete the PECB ISO 22301 Foundation Training Course | Pass the PECB ISO 22301 Foundation exam | None | None | None | Signing the PECB Code of Ethics |
Ümumi Məlumat
Sertifikat və imtahan ödənişləri təlim kursunun qiymətinə daxildir.
İştirakçılara 200-dən çox səhifədən ibarət izahlı məlumat, müzakirə mövzuları, nümunələr və testlərdən ibarət təlim materialı təqdim olunur.
Təlimdə iştirak edən şəxslərə 14 CPD (Davamlı Peşəkar İnkişaf) krediti dəyərində kursu bitirmə haqqında sertifikat veriləcək.
İmtahandan uğursuz nəticə əldə olunduğu halda, 12 ay ərzində imtahanı pulsuz şəkildə yenidən vermək mümkündür.
Əlavə məlumat üçün bizimlə info@bonegaconsulting.com ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Təlimatçınız

