Kurs haqqında
Lead AI Risk Manager təlim kursu iştirakçılara süni intellektlə bağlı riskləri müəyyən etmək, qiymətləndirmək, azaltmaq və idarə etmək üçün zəruri bilik və bacarıqları qazandırır. Kurs NIST AI Risk Management Framework, EU AI Act və MIT AI Risk Repository kimi qabaqcıl çərçivələrə əsaslanaraq AI risk idarəetməsi, normativ uyğunluq və etik risk yanaşmalarına strukturlaşdırılmış baxış təqdim edir.
İştirakçılar həmçinin MIT AI Risk Repository əsasında real həyat AI risk ssenarilərini təhlil edərək bu sahədə qarşılaşılan çətinliklər və effektiv risk azaltma strategiyaları barədə praktiki anlayış əldə edirlər.
Kurs Gündəmi
1-ci gün: AI risk idarəetməsinə giriş
2-ci gün: Təşkilati kontekst, AI risk idarəetməsi və AI risklərinin müəyyən edilməsi
3-cü gün: AI risklərinin təhlili, qiymətləndirilməsi və aradan qaldırılması (treatment)
4-cü gün: AI risklərinin monitorinqi və hesabatlılıq, təlim və maarifləndirmə, AI risk performansının optimallaşdırılması
5-ci gün: Sertifikasiya imtahanı
Müayinə
“PECB Certified Lead AI Risk Manager” imtahanı PECB İmtahan və Sertifikasiya Proqramının (ECP) bütün tələblərinə cavab verir və aşağıdakı səriştə sahələrini əhatə edir:
Domain 1: AI risk prinsipləri, anlayışları və tənzimləmələr
Domain 2: AI risk idarəetmə proqramı və idarəetmə (governance)
Domain 3: AI risklərinin müəyyən edilməsi və təhlili
Domain 4: AI risklərinin qiymətləndirilməsi, aradan qaldırılması (treatment) və monitorinqi
Domain 5: Təşkilati öyrənmə və performansın təkmilləşdirilməsi
İmtahan növü, mövcud dillər və digər detallı məlumatlar üçün PECB imtahanlarının siyahısı və imtahan qaydaları və siyasətləri ilə tanış ola bilərsiniz.
Sertifikatlaşdırma
İmtahanı uğurla tamamladıqdan sonra aşağıdakı cədvəldə göstərilən sertifikatlardan birinə müraciət edə bilərsiniz. Seçilmiş sertifikatın bütün tələblərini yerinə yetirdikdən sonra sizə müvafiq sertifikat təqdim olunacaq.
Credential | Exam | Professional experience | Information Security Management experience | Other requirements |
PECB Certified AI Risk Provisional Manager | PECB Certified Lead AI Risk Manager Exam, or equivalent | None | None | Signing the PECB Code of Ethics |
PECB Certified AI Risk Manager | PECB Certified Lead AI Risk Manager Exam, or equivalent | 2 years, of which at least 1 in AI risk management | At least 200 hours of AI risk management activities | Signing the PECB Code of Ethics |
PECB Certified Lead AI Risk Manager | PECB Certified Lead AI Risk Manager Exam, or equivalent | 5 years, of which at least 2 in AI risk management | At least 300 hours of AI risk management activities | Signing the PECB Code of Ethics |
PECB Certified Senior Lead AI Risk Manager | PECB Certified Lead AI Risk Manager Exam, or equivalent | 10 years, of which at least 7 in AI risk management | At least 1000 hours of AI risk management activities | Signing the PECB Code of Ethics |
Etibarlı hesab olunması üçün AI risk idarəetmə fəaliyyətləri ən yaxşı tətbiq və idarəetmə təcrübələrinə uyğun həyata keçirilməli və aşağıdakıları əhatə etməlidir:
AI risk idarəetmə məqsədlərinin və əhatə dairəsinin müəyyən edilməsi
AI risk qiymətləndirilməsinin aparılması
AI risk idarəetmə proqramının hazırlanması
AI risklərinin qiymətləndirilməsi və qəbul meyarlarının müəyyən edilməsi
AI riskləri üçün risk azaltma (treatment) variantlarının qiymətləndirilməsi
AI risk idarəetmə proqramının monitorinqi və nəzərdən keçirilməsi
Ümumi Məlumat
Sertifikasiya ödənişləri imtahan qiymətinə daxildir.
İştirakçılara 450 səhifədən çox məlumat, praktiki nümunələr, tapşırıqlar və quizlərdən ibarət təlim materialları təqdim olunacaq.
Təlim kursunda iştirak edənlərə 31 CPD (Continuing Professional Development) kreditinə bərabər kursu bitirmə sertifikatı veriləcək.
Təlim kursunu tamamlayıb imtahandan keçə bilməyən namizədlər ilkin imtahan tarixindən etibarən 12 ay ərzində imtahanı bir dəfə pulsuz təkrar vermək hüququna malikdirlər.
Təlimatçınız

