Kurs haqqında
ISO/IEC 27001 Lead Auditor təlimi, geniş tanınmış audit prinsipləri, prosedurları və texnikalarını tətbiq etməklə İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi (ISMS) auditini həyata keçirmək üçün lazım olan peşəkar bacarıqları inkişaf etdirməyə imkan verir.
Kurs Gündəmi
1-ci gün: ISO/IEC 27001 və İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminə (ISMS) giriş
2-ci gün: Audit prinsipləri, auditin hazırlanması və başlanması
3-cü gün: Yerində (on-site) audit fəaliyyətləri
4-cü gün: Audit prosesinin yekunlaşdırılması
5-ci gün: Sertifikat imtahanı
Müayinə
“PECB Certified ISO/IEC 27001 Lead Auditor” imtahanı PECB Examination and Certification Programme (ECP) tələblərinə tam uyğundur. İmtahan aşağıdakı kompetensiya sahələrini əhatə edir:
Domain 1: İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi (ISMS) üzrə fundamental prinsiplər və anlayışlar
Domain 2: İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi (ISMS)
Domain 3: Audit üzrə fundamental anlayışlar və prinsiplər
Domain 4: ISO/IEC 27001 auditinin hazırlanması
Domain 5: ISO/IEC 27001 auditinin keçirilməsi
Domain 6: ISO/IEC 27001 auditinin yekunlaşdırılması
Domain 7: ISO/IEC 27001 audit proqramının idarə olunması
İmtahan növü, mövcud dillər və digər detallı məlumatlar üçün PECB Exams siyahısı və Examination Rules and Policies sənədlərinə baxa bilərsiniz.
Sertifikatlaşdırma
İmtahandan uğurla keçdikdən sonra aşağıdakı cədvəldə göstərilən sertifikatlar üçün müraciət edə bilərsiniz. Seçilmiş sertifikatla bağlı bütün tələbləri yerinə yetirdikdən sonra sizə sertifikat təqdim olunacaq. ISO/IEC 27001 sertifikatları və PECB sertifikatlaşdırma prosesi haqqında daha ətraflı məlumat üçün Certification Rules and Policies sənədinə baxa bilərsiniz.
PECB Auditor Sertifikatları üçün tələblər aşağıdakılardır:
Credential | Exam | Professional experience | MS audit/assessment experience | Other requirements |
PECB Certified ISO/IEC 27001 Provisional Auditor | PECB Certified ISO/IEC 27001 Lead Auditor exam or equivalent | None | None | Signing the PECB Code of Ethics |
PECB Certified ISO/IEC 27001 Auditor | PECB Certified ISO/IEC 27001 Lead Auditor exam or equivalent | Two years: One year of work experience in Information Security Management | Audit activities: a total of 200 hours | Signing the PECB Code of Ethics |
PECB Certified ISO/IEC 27001 Lead Auditor | PECB Certified ISO/IEC 27001 Lead Auditor exam or equivalent | Five years: Two years of work experience in Information Security Management | Audit activities: a total of 300 hours | Signing the PECB Code of Ethics |
PECB Certified ISO/IEC 27001 Senior Lead Auditor | PECB Certified ISO/IEC 27001 Lead Auditor exam or equivalent | Ten years: Seven years of work experience in Information Security Management | Audit activities: a total of 1,000 hours | Signing the PECB Code of Ethics |
Note: PECB Certified Individuals who do possess the Lead Implementer and Lead Auditor Credentials are qualified for the respective PECB Master Credential, given they have taken 4 additional Foundation Exams which are related to this scheme. For more detailed information about the Foundation Exams and the overall Master Requirements, please go to the following link: https://pecb.com/master-credentials.
Etibarlı hesab olunması üçün bu auditlər ən yaxşı audit təcrübələrinə uyğun aparılmalı və aşağıdakı fəaliyyətləri əhatə etməlidir:
Audit planlaşdırılması
Audit müsahibələri
Audit proqramının idarə edilməsi
Audit hesabatlarının hazırlanması
Uyğunsuzluq hesabatlarının hazırlanması
Audit iş sənədlərinin hazırlanması
Sənədlərin yoxlanılması (review)
Yerində (on-site) audit
Uyğunsuzluqlar üzrə izləmə və təqib
Audit komandasına rəhbərlik etmək
Ümumi Məlumat
Sertifikat və imtahan ödənişləri təlim kursunun qiymətinə daxildir.
İştirakçılara 450-dən çox səhifədən ibarət məlumat və praktik nümunələrdən ibarət təlim materialı təqdim olunacaq.
Təlim kursunda iştirak edən şəxslərə 31 CPD (Davamlı Peşəkar İnkişaf) krediti dəyərində kursu bitirmə haqqında sertifikat veriləcək.
İmtahandan uğursuz nəticə əldə olunduğu halda, 12 ay ərzində imtahanı pulsuz şəkildə yenidən vermək mümkündür.
Əlavə məlumat üçün bizimlə info@bonegaconsulting.com ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Təlimatçınız

